Poliqrafiya Sistemi

Poliqrafiya Sistemi

         Poliqrafiya yunan sözü olub, “çox yazı” deməkdir. Çap məhsulları istehsalının bütün növlərini əhatə edən texniki sənaye sahəsidir. Poliqrafiyanın tarixi çox keçmişə dayanır. Mətbəənin ilk istifadəsinə Uzaq Şərqdə başlanılıb.     
         İlk mətbəə ağac oyma texnikası ilə eramızdan sonra 593-cü ildə Çində başlayıb. Daha sonra müxtəlif çap üsulları ilə Misir və tədricən Avropaya yayılmağa başlamışdır. Poliqrafiya da mətbəəni reallaşdıran sistemdir. Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisələri çap məhsulundan aslı olaraq yerli və beynəlxalq standartlara əməl etməlidir.
         Poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan bütün növ poliqrafiya məhsullarının məcmusu çap məhsulu hesab edilir. Poliqrafiyada 8 əsas çap texnikası var, ofset, tipo, tifdruk, flekso, seriqrafi, anagram, holoqram və tampon. Bunlardan ən çox istifadə olunan ofset və rəqəmli çap üsuludur. Böyük tirajların çapında ofset çapı üsulundan, kiçik tirajlı reklam və kommersiya məmulatlarının və ya fərdi materialların çapında isə rəqəmli çap üsulundan istifadə olunur.
       Müasir poliqrafiya fərqli texnologiyalara aid çox saylı çap proseslərinin nəticəsidir. Bu proses 3 əsas mərhələdən ibarətdir: çapdan əvvəl, çap vaxtı və çapdan sonra. İlk mərhələ çapa veriləcək foto və ya yazının dizayn işi, çap vaxtı hazır dizaynın çap edilməsi, çap sonrası isə çıxarılan çap məhsulunun üzərinin və təqdimatının son hazırlığıdır. Biznesin müxtəlif sahələrində çalışan bir çox şirkətlər, korporativ çap layihələrini həyata keçirmək üçün müasir texnologiya avadanlıqları ilə təchiz edilmiş çap evlərinə müraciət edirlər.