Promo Məhsullar

Promo Məhsullar

        Loqotipli məhsullar marketinq kommunikasiyasının ən mühüm vasitələrindən biridir. Reklam məhsulları şirkətlərə bazarda fərqlənmək və öz rəqiblərindən bir addım irəli keçmək üçün kömək edir. Mallar və xidmətlər qeyri-adiliyi ilə seçilməsə belə, biznes-hədiyyələr brendə sifarişçinin nəzərində orginal və cəlbedici görünməyə imkan yaradır. Loqotipli promo məhsullarının istifadəsi biznesin etibarlılığını göstərir. Tədbirlərdə paylanılan loqotipli məhsullar alıcı sədaqətinin artmasına və brendin tanınmasına kömək edir. Reklam məhsulu təkcə loqotip və şüar deyil, sərgi və ya konfransın məzmununa aid bir məlumatı da özündə əks etdirə bilər.

        Tədbirlər diler və distribyutorlar üçün ən gözəl vasitədir. Promo məhsullar satıcıları həvəsləndirməyə imkan yaradır. Prizlər, biznes-suvenirlər, uniformalar, master-klass və ya seminarlar üçün yaddaş kartları və s. satış dinamikasına müsbət təsir göstərir. Loqotipli məhsullar rəhbərlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət göstərir. Belə ki, kiçik promo hədiyyələr danışıqlar zamanı faydalı əməkdaşlıq üçün imkan yaradır. Şirkətin loqotipini əks etdirən məhsullar rahat iş məkanını formalaşdırır. Dəftərxana malları üzərində logolar, korporativ rəngli gündəliklər, qələmlər və yaddaş kartları əməkdaşların zövqünü oxşayır və müştərilərdə müsbət təəssürat oyadır.

        Promo məhsullar təkcə şirkətin imicini təmsil etməklə kifayətlənməyib, onun əməkdaşlarını özlərini kollektivin bir hissəsi kimi hiss etməsinə yardım edir. Korporativ uniforma və ofis köynəkləri də promo məhsullar üçün ən münasib nümunədir. Korporativ hədiyyələr personalın qeyri-maddi stimullaşdırılması üçün ən təsirli vasitələrdən biridir. Mükafatlar və plaketlər, rüb və ya il sonunun nümunəvi işçi təqdimatında, şirkətin ildönümü və ya peşə bayramında, rəsmi və ya qeyri-rəsmi tədbirlərdə, korporativ bayramlarda və s. istifadə edilə bilər. Loqotipli məhsullar əməkdaşların sədaqətini yüksəldər və onları yeni nailiyyətlərə təşviq edər.