Tədarük Zənciri

Tədarük Zənciri

         Tədarük zənciri - istehsalat üçün lazım olan ehtiyacları əldə edən, bunları son məhsul və ya xidmətlərə çevirən, daha sonra isə logistika xidməti ilə ehtiyac sahiblərinə çatdırılmanı reallaşdıran bir şəbəkədir. Bu halda tədarük zənciri, çox mərhələli, daxilində çoxlu sayda işçi birləşdirən və bir çox müəssisəni əhatə edən bir quruluşdur. Bir şəbəkə olaraq tədarük zənciri; zənciri təşkil edən üzvlər arasındakı uyğunluq yaratmaq, müştərilərin gözlədikləri xidmət səviyyəsini qorumaq, müştəri məmnuniyyətini və şəbəkədəki fəaliyyətlərdə düzgünlüyü təşkil etmək, bütün mərhələlərdə stokları ən yüksək səviyyədə qoruyub saxlamaq, maliyyə itkilərini aradan qaldırılmaq və s. bu kimi məsələlərin həlli proseslərinə cavab verir.

         Strategiyalarını tədarük zənciri ilə bütünləşdirən müəssisələr məhsul, müddət və ya xidmət istiqamətli bir çox fürsətləri çox yaxşı əldə etməyi bacarırlar. Hal-hazırda müəssisələrin tədarük zəncirinə yönlənmələri iş dünyasında müşahidə edilən bəzi vacib dəyişikliklərin nəticəsidir. Bunlardan ən fərqlisi keçmiş sistemə nəzərən bugünkü dövrdə elektronik ticarətin inkişaf etməsi ilə tədarük zəncirlərinin istənilən və daha çox satış nöqtəsinə çatıdırılmasıdır.

         Dinamikləşən ətraf mühit daxilində müəssisələr, onlardan gözlənilən dəyəri yarada bilmək, artan və dəyişən rəqabət mühiti daxilində inkişaf edə bilmək və ən vacibi müştəri məmnuniyyəti yarada biləcək şəkildə tələbi təmin edə bilmək üçün güclü bir tədarük zənciri yaratmaq məcburiyyətindədirlər. Bazar şərtlərinin gedərək kəskinləşdiyi mühitlərdə müəssisələrin təməl hədəfi, maliyyə qənaətini təmin etməklə bərabər son texnologiyada baş verən dəyişikliklərlə ayaqlaşaraq ortaqlar və ya əməkdaşlarla yaradılan tədarük zənciri ilə ehtiyac olan məhsul və xidmətlərin istənilən şəraitdə müştərilərin əlində olmasına imkan yaratmaqdır.

         Tədarük zənciri idarəsi ilə bağlı mövzular, idarəçilik sahəsində xüsusi yer tutur. Bu anlayış ilə bağlı olaraq aparılan təqdiqatlar tədarükçü seçimi mərhələsindən müştərilərlə münasibətlərə, zəncirin təşkilindən tədarükçülərlə bütövləşməsinə qədər çox fərqli sahələri əhatə edir. Tədarükün idarəsi müəssisənin mərkəzində olan müştəriyə doğru məhsulun, dəqiq zaman və yerdə, pul itkisi olmadan, münasib qiymətlə çatdırılmasına nəzarət edilməsidir.