Xüsusi İşçi Geyimləri

Xüsusi İşçi Geyimləri

         Uniforma – istənilən növ biznes sahəsində istifadə olunan standart geyimlərə verilən ümumi addır.

         Bu geyimlər xüsusi işçi geyimləri də adlanır. Bu geyimlər müxtəlif sənaye, tikinti, ticarət və digər xidmət sahələrində işləyənlər üçün qoruyuculuğu, dözümlülüyü və rahatlığı təmin etmək məqsədilə istehsal olunur. Eyni zamanda işçi geyimləri şirkətlərin ciddiyyət və peşəkarlığını ön plana çıxaran əsas vasitədir. 

         İnşaat, xüsusi mühafizə, qida, səhiyyə, təhsil və bir digər xidmət sahələri üzrə geyimlər məqsədə və istifadəyə görə dizayn edilir və istehsal olunur.Vəzifə və ya istifadə sahəsinə görə fərqlilik yaradan işçi geyimləri, öz daxilində digər geyimlərlə oxşarlıq təşkil etməlidir. İşçi geyimlərində rənglər önəmlidir. Məsələn, ağır işlərdə işçilər daha tünd rəngli geyimlər geyirlər və ya xəstəxanda tibb bacılarının və qida sektorunda işləyənlərin geyimləri daha açıq rəngdə olur. Açıq məkanlarda işləyən işçilər üçün uzaqdan və ya gecə görünə bilən fosforlu rənglərə üstünlük verilir. 

         Təmizlik və gigyena işçi geyimlərinin əsas elementidir. Ona görə də işçi sağlamlığı və güvənliyi baxımından şirkətlər işçilərin işinə uyğun geyim təşkil etməli və o geyimlərlə sağlamlığın qorunmasına diqqət yetirməlidirlər.