Təkrar Emal Xidmətləri

Təkrar Emal Xidmətləri

Tullantıların Təkrar istifadəsi proqramı çərçivəsində Aztəchizat müştərilərinin 25 tondan çox kağızını təkrar emal edib.Aztəchizat sizin sifarişinizi çatdırarkən kağız tullantılarınızı toplayır və sizin ətraf mühitə olan təsirinizi azaldır, həmçinin kağızlarınızı təkrar emal edərək kağıza çevirir.Beləcə həmin kağızları dəfələrlə istifadə etmək mümkün olur.

Aztəchizat gizli sənədlərini təkrar emaldan keçirtmək istəyən şirkətlərə xüsusi və təhlükəsiz servis təklif edir. Aztəchizat sizin ofisiniz üçün istənilən təkrar emal xidmətini icra edə bilər. Filiallarından əlavə Aztəchizat həmçinin, müştərilərimini də təkrar emal istifadəsinə yönləndirir.

Təkrar emal xidmətləri:

  • Kağızın təkrar emalı.
  • Toner kartriclərin toplanması.
  • Mebellərin toplanması və təkrar emalı.
  • Batareyaların toplanması.
  • Elektronik məhsulların toplanması və məhvi.
  • Məxfi və adi sənədlərin təkrar emalı.

Aztəchizat çoxlu sayda təkrar emal xidmətlərini göstərir, beləcə müştəriləri ilə birgə ətraf mühit üçün yararlı işlər həyata keçirir.

Kağızların Təkrar Emalı

Aztəchizat Təkrar Emal programına üzv olan müştərilərimini kağız tullantılarını sifarişlərini çatdırarkən toplayır və ətraf mühiti əlavə daşınmadan yarana biləcək karbon qazı tullantısından qoruyur. Həmçinin müştərilərinin vaxtlarına və pullarına da qənaət etmiş olur.

Tonerin Təkrar Emalı

Azəchizat tonerlər üçün də Təkrar Emal xidmətini təklif edir. Yeni tonerlərin alışı zamanı Azəchizat köhnə tonerlərinizi sizin adınıza təkrar emal etmək üçün toplayir.

Mebellərin Təkrar Emalı

Aztəchizat hər zaman ətraf mühit üçün ən faydalı olan yolu seçmişdir. Azəchizat bu adeti mebellərin təkrar emalında da davam etdirir. Ofisiniz üçün mebel aldıqda, çatdırılmadan dərhal sonra sizin köhnə mebelləri təkrar emala transfer edir. Beləliklə, müştəriləri ilə birgə təbiəti qoruyur, fəaliyyət göstərdiyi cəmiyyətdə üstünüzə düşən vəzifəni yerinə yetirmiş olur.

Batareyaların Təkrar Emalı

Aztəchizat batareyaların təkrar emalı üçün çox sadə xidmət təklif edir. Batareyalar təbii olmadığından onların çürüməsi baş vermir və təbii şəraitdə onlar olduqca çox gec məhv olur. Bu səbəbdən də hər dəfə yeni batareya alarkən Azəchizat sizin batareyaları təkrar emal məqsədilə toplamağı təklif edir. Beləliklə Azəchizat təbiətə atılan qeyri-təbii tullantı miqdarını azaltmış olur.