Ətraf Mühit

Ətraf Mühit

Aztəchizatın başlıca məqsədi müştəriləri ən mükəmməl xidmət və məhsullarla təmin etməkdir. Həmçinin Aztəchizat yüksək səy göstərir ki, bütün bunları təbiətə və ətraf mühitə xeyir verərək həyata keçirsin. Aztəchizatın hal-hazırda bəzi layihələri var ki, onlar fəaliyyət göstərdiyi ərazilərin təbiətini yaxşılaşdırmağa yönəlir. Aztəchizat hər zaman çalışır ki, biznesdə sosial, iqtisadi və ətraf mühit məsələlərinə daha çox önəm verilsin. Qeyd etməliyik ki, köhnə məhsulların təkrar emalı kimi layihələr bunun əsas sübutlarındandır.

Ticarətin etik normalarına uyğun olaraq Aztəchizat həmişə çalışır ki, onunla əməkdaşlıq edən hər kəs həmin işdən gəlir əldə etsin. Bütün bunlar sağlam, təhlükəsiz, ədalətli və qanuni iş standartlarının varlığını təmin edir.

Aztəchizat hər zaman insan və əmək hüquqlarını qoruyan məsuliyyətli şirkətlərin yanında yer alır.

Regionlarda əlaqələrimizi sıxlaşdırmaq üçün Aztəchizat hər zaman həmin bölgə üçün xeyriyyə tədbirləri həyata keçirir, beləcə öz sosial dəyər və prinsiplərini də nümayiş etdirmiş olur.

Təkrar Emal & Qablaşdırma

Ətraf mühitin qorunması Aztəchizatın əsas siyasətlərindəndir. Bu səbəbdən o hər zaman köhnə əşyaların təkrar emalı, tullantılara nəzarət, alternativ enerji istifadəsi və təbii məhsullardan istifadə kimi fəaliyyətləri daha çox dəstəkləyir. Bu yolla Aztəchizat arzu etdiyi ekoloji sağlamlığı qoruya bilir. Bütün bunları nəzərə alıb çalışır ki, köhnə məhsul və materialları təkrar emal etsin, eləcə də qablaşdırmaya sərf olunan material miqdarını azaltsın.

Aztəchizat, əməkdaşlıq etdiyi şirkətləri də daim sosial layihələrə cəlb edib, ətraf mühit lehinə yararlı işlər görməyə təşviq edir. Aztəchizat həmişə çalışır ki, sağlam gələcək qurulmasına öz tövhəsini versin. Bu səbəbdən də hər zaman daha səmərəli üsullar inkişaf etdirərək atmosferə buraxilan CO2-ni azaltmağa səy göstərir. Beləliklə, biznes fəaliyyətlərinin ətraf mühitə mənfi təsiri azalır və sağlam gələcəyin bünövrələri daha da möhkəmlənir.

Daha ətraflı məlumat üçün bu sayta daxil olun - ECOPARK

Rəqib şirkətlərdən fərqli olaraq, Aztəchizat 20 ədəd kiçik ölçülü yükdaşıma maşınına sahibdir. Həmçinin, 3 xarici və 20 yerli distributor mərkəzinin olması Aztəchizata həm müştərilərin tələblərini, həm də ekoloji standartları qarşılamağa imkan verir.

Ətraf mühitə olan mənfi təsirləri minimuma endirmək üçün Aztəchizat ən son texnologiyalardan və ən innovativ nəqliyyat vasitələrindən istifadə edir. Aztəchizat yeni nəqliyyat sisteminin istifadəsinə başlayıb ki, bu sistem ona ən uzun məsafələri optimal yollarla qət etməyə yardım edir. Həmçinin bu sistem sayəsində Aztəchizatın yükdaşıma maşınlarının sürəti, yeri və qalan məsafə miqdarı haqqında məlumatı olur.

Daha ətraflı məlumat üçün LOGİSTİKA bölməsinə daxil olun.

Aztəchizatın ətraf mühitin qorunması ilə bağlı əsas hədəfləri:

  • Ətraf-mühitə olan mənfi təsirləri azaltmaq: Aztəchizat bu məqsədinə çatmaq üçün bir çox üsullardan istifadə edir. Məsələn, yeni məhsulu sifarişçiyə çatdırarkən onların tullantılarını, köhnə əşya və materiallarını toplayır, təkrar emal edir və gələcəkdə məhsul istehsalı üçün istifadə edir. Təbii ki, bunu müştərilərimizin əməkdaşlığı və təbiətə olan sevgisi sayəsində həyata keçirir.
  • Standartlara uyğun hər növ ekoloji məhsullar istehsal etmək.
  • Ətraf mühitə minimum ziyan yetirərək, müştərilərinə ən yüksək səviyyəli xidmət göstərmək.